• Qərb
  • 30 Aprel 2019 15:50
  •  652

Portuqaliyada işsizlik səviyyəsi azalıb, amma...

Bu göstərici Avropa İttifaqı üzrə orta səviyyədən (6,9 faiz) yüksəkdir

Rəsmi məlumata görə, 2018-ci ildə Portuqaliyada işsizlik səviyyəsi 2017-ci ildəki 9 faizdən 7,1 faizə düşüb.

Lakin bu göstərici də Avropa İttifaqı üzrə orta səviyyədən (6,9 faiz) yüksəkdir.

“Diário de Notícias” nəşri xəbər verir ki, 2018-ci ildə Çexiya və Almaniyada işsizlik ən aşağı səviyyədə - müvafiq surətdə 2,2 faiz və 3,4 faiz olub. Aİ məkanında işsizliyin ən yüksək səviyyəsi isə Yunanıstanda (19,3 faiz) və İspaniyada (15,3 faiz) qeydə alınıb.(AZƏRTAC)

AzNews.az