15 min “layk” gəlsin, təslim olacam - Cinayətkardan şok tələb

"Artıq qaçmaqdan yorulmuşam"

ABŞ-ın Konnektikut şəhərində 7 ayrı ittihama görə barəsində həbs qərarı verilmiş Xose Simms adlı şəxs sosial şəbəkədəki paylaşımı 15 min “bəyənmə” alarsa, polisə təslim olacağını açıqlayıb.

İctimai asayişi pozmaq, bir uşağı yaralamaq riski yaratmaq kimi bir çox ittihamla üzləşən 29 yaşlı Simms əvvəlcə 20 min “bəyənmə” istəsə də, sonradan bunu 15 minə endirib.

Polis isə Feysbuk sosial şəbəkədəki paylaşımın 20 min “bəyənmə” alsa da, Xose Simmsin hələ də təslim olmadığını bildirib.

Polis vətəndaşlara müraciət edərək, cinayətkarın gizləndiyi yeri tapmaqda kömək istəyib.

“Associated Press” agentliyinin Feysbuk üzərindən əlaqə saxlaya bildiyi Xose Simms isə belə deyib:

“Təklifimdə ciddiyəm. Məni təkidlə həbs etmək istəyən polisi başa salmağa çalışıram ki, bütün ittihamlar ailəmdə baş verən mübahisələrdən qaynaqlanır. Artıq qaçmaqdan yorulmuşam, hər saniyə başını geri çevirmək stresli işdir”.(teleqraf.com)

AzNews.az