Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib
  • Qərb
  • 4 İyul 2019 17:51
  •  2 153

Putin Papaya nə hədiyyə etdi?

Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib

Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Papası I Fransisklə görüşüb.

Nəzərdə tutulandan 1 saat gec başlayan görüş 45 dəqiqə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib.

Rusiya prezidenti Papaya apostollar Pyotr və Pavelin təsvir olunduğu ikona və Andrey Konçalovskinin Mikelancelo barədə “Günah” filminin diskini hədiyyə edib.

Papa Fransisk öz növbəsində V.Putinə Dünya Sülh gününə aid müraciət, Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş medal və Vatikanın təsvir olunduğu, 1774-cü ilə aid qravür hədiyyə edib.

Qeyd olunur ki, medalın üzərində “Sülhlə heç nə itirilmir. Müharibədə hər şeyi itirmək olar” sözləri yazılıb.

Bu, V.Putinlə Papa I Fransiskin üçüncü görüşü olub.(trend.az)

AzNews.az