Seçki məntəqələri yerli vaxtla axşam saat 19.00-da bağlanacaq Seçki məntəqələri yerli vaxtla axşam saat 19.00-da bağlanacaq
  • Qərb
  • 7 İyul 2019 09:50
  •  2 547

Yunanıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Seçki məntəqələri yerli vaxtla axşam saat 19.00-da bağlanacaq

Bu gün Yunanıstanda növbədənkənar parlament seçkiləri başlayıb.

“RİA Novosti” agentliyinə istinadən verilən məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb və axşam saat 19.00-da bağlanacaq.

Konstitusiyaya əsasən, seçici siyahısındakı 9,9 milyona yaxın seçicinin səs verməsi tələb edilir. Lakin qanunvericilikdə səs verməyən seçicilərlə bağlı cəza nəzərdə tutulmayıb.

Qeyd edək ki, Yunanıstan parlamenti radikal solçuların SİRİZA koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra buraxılıb. Rəy sorğularına əsasən, SİRİZA hakimiyyəti itirə və Kiriakos Mitsotakisin mühafizəkar Yeni Demokratiya Partiyası hakimiyyətə qayıda bilər. (APA)