Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb
  • Qərb
  • 7 İyul 2019 07:41
  •  2 501

Florida ştatında baş vermiş partlayışın dəqiq səbəbi bilinmir

Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Planteysn şəhərindəki ticarət mərkəzlərindən birində baş vermiş partlayışın səbəbləri araşdırılır.

Bu barədə CBS telekanalı yerli yanğından mühafizə xidməti rəisinin müavini Coel Qordona istinadla məlumat yayıb. Onun sözlərinə görə, hadisə yerinə gələn xidmətin əməkdaşları qaz sızması qeydə alıblar və partlayışa bu səbəb ola bilər. Lakin hadisənin nədən baş verdiyi hələ axıradək aydınlaşmayıb. “Biz hələlik heç nəyi istisna etmirik. Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb. Biz bunun belə olduğundan şübhələnirik”, - deyə Qordon əlavə edib.

Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır. Yaralananların əksəriyyəti partlayış anında trenajor zalında olan şəxslərdir.