Bu barədə Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir Bu barədə Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir
  • Qərb
  • 11 İyul 2019 13:21
  •  2 808

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

Bu barədə Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir

Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

“Reuters” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir.(report.az)

AzNews.az