"Rusiyanın əlində Yunanıstana çoxlu təzyiq vasitələri var" "Rusiyanın əlində Yunanıstana çoxlu təzyiq vasitələri var"
  • Qərb
  • 15 İyul 2019 17:47
  •  2 085

Yunanıstan Rusiyanın sirrini İsrailə satdı

"Rusiyanın əlində Yunanıstana çoxlu təzyiq vasitələri var"

Yunanıstan Rusiyanın “S-300” ZRK sistemlərinin taktiki-texniki məlumatlarını, həmçinin, bu sistemə qarşı fəaliyyət üzrə manevrlərin keçirilməsi imkanlarını İsrailə təqdim edib.

Suriya İsrail tərəfinin hücumlarını dəf etmək üçün sözügedən komplekslərdən yararlanır.

Həmçinin, İranın da arsenalında bu komplekslərin olduğu qeyd olunur.

Artıq İsrail Aralıq dənizində təlim uçuşları keçirərək “S-300” ZRK sistemlərini keçməyə və zərbələr endirməyə çalışıb. İsrailin buna nail olub-olmadığı barədə isə dəqiq məlumat yoxdur.

Bildirilir ki, Yunanıstanın İsrailə həmin məlumatları təqdim etməsi rəsmi Afinaya baha başa gələ bilər.

“Rusiyanın əlində Yunanıstana çoxlu təzyiq vasitələri var. Hazırda Yunanıstan yeni problemlə üzləşib: Rusiyanın Türkiyəyə satdığı “S-400”lər. Bununla belə, əgər Yunanıstan Moskvaya qarşı oyun aparmağa başlayarsa, Rusiya Afina üçün daha ciddi problemlərə səbəb ola bilər”, - ekspert bildirib.(oxu.az)

AzNews.az