Bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib Bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib
  • Qərb
  • 16 İyul 2019 15:58
  •  4 431

Merkel himni yenə oturaraq dinlədi

Bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib

Almaniya kansleri Angela Merkel protokol qaydalarına zidd olaraq dövlət himnini oturaraq dinləyib.

TASS xəbər verir ki, bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib.

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib.

Bu, artıq protokol dəyişikliyinə yol verilən - dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır. Bundan əvvəl Almaniya kansleri Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə himni oturaraq dinləyib.(report.az)

AzNews.az