Polşada beş yaşlı rusyalının ölüm səbəbi açıqlandı

“Bunu onun paltarları da sübut edir”

Polşada itkin düşən Rusiya vətəndaşlığı olan beş yaşlı oğlan qətlə yetirilib.

AzNews.az xəbər verir ki, bu barədə Varşava prokuroru Lucas Lapçinski bildirib.

Onun sözlərinə görə, baxış zamanı edilən nəticələr bunun qətl olduğunu göstərir.

Xəbər verilmişdi ki, iyulun 20-də Polşada beş yaşlı rusiyalının ölüsü tapılıb.

Varşava polisinin nümayəndəsi Mariuş Mrozek jurnalistlərə bildirib ki, aşkarlanmış meyitin itkin düşmüş uşağa məxsus olduğunu əminliklə söyləmək olar:

“Bunu onun paltarları da sübut edir”.

Qrojisk Mazovetsky yaşayış məntəqəsindən atası uşağı götürdükdən sonra o, iyulun 10-da axşam saatlarında itib. Ata saat 17.00 radələrində oğlanı naməlum bir istiqamətə aparıb. Həmin gün axşam atanın meyiti dəmiryol keçidinin yanında tapılıb. Polşa Prokurorluğunun versiyasına görə, o, intihar edib.​

Babək Göyüş

AzNews.az