NATO Parlament Assambleyasının prezidenti Madlen Mun: Ən yaxşısı güclü və uğurlu Ukrayna yaratmaqdır NATO Parlament Assambleyasının prezidenti Madlen Mun: Ən yaxşısı güclü və uğurlu Ukrayna yaratmaqdır
  • Qərb
  • 24 İyul 2019 17:44
  •  8 545

Putin əslində nədən qorxur? - Müsahibə

NATO Parlament Assambleyasının prezidenti Madlen Mun: Ən yaxşısı güclü və uğurlu Ukrayna yaratmaqdır

Ukraynalı jurnalist Mikola Siruk NATO Parlament Assambleyasının (PA) ilk qadın prezidenti Madlen Mundan müsahibə götürüb.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, söhbət zamanı o, Ukraynada keçirilən parlament seçkilərinin təəssüratlarını bölüşdü, həmçinin demokratik liberal dəyərlər məsələsinə toxundu. Onun fikrincə, qanunun aliliyi Putini münaqişə bölgələrindən çəkilməyə məcbur edəcək və nəticədə bu, güclü və uğurlu Ukrayna qurmağa imkan verəcək.

Bu günlərdə Ukraynada parlament seçkisinin beynəlxalq müşahidəçiləri sırasında NATO Parlament Assambleyasının prezidenti Madlen Mun da var idi.

Ukraynanın "Gün" nəşrinin dediyinə görə, onun müdafiə və təhlükəsizlik sahəsində işləmək marağı həmişə olub, buna görə də Britaniya parlamentinin müdafiə məsələləri komitəsinin gələcək üzvü kimi o, dərhal NATO Parlament Assambleyasında ölkəsinin nümayəndə heyətinin üzvü olmaq imkanından istifadə edib. 2018-ci ildə o, NATO PA-nın prezidenti vəzifəsinə seçilən ilk qadın oldu.

Pani Mun ilə söhbətə Ukraynada keçirilən parlament seçkilərini qiymətləndirməklə başladıq.

"Seçkidən çıxartdığım qərar bu, insanların seçkilərə gəlib səs vermək istəyi oldu»

Madlen Mun: Siyasətlə bağlı problem ondan ibarətdir ki, biz siyasətçilər seçkiləri sevirik və onları fərqli görürük. Çünki seçici üçün bu, seçki kitabçalarının öyrənilməsinə sərf etdikləri vaxtın beş dəqiqəsidir, sonra isə seçki məntəqəsinə gedir və bülletenləri aşağı salır. Onların rolu da bununla qurtarır. Biz siyasətçilər üçün bu, çıxışlardan, bəyanatlardan ibarətdir. Seçki günü isə gərginlik azalır. Əlimizdən isə başqa heç nə gəlmir. Çünki düşnürük ki, hər şey edilib. Biz seçkilərin nəticələrini gözləyirik.

Mən seçki günü bəzi seçki məntəqələrində oldum. Qeyd edə bilərəm ki, bəzi şeyləri yaxşılaşdırmaq lazımdır və bununla bağlı heç bir şübhə yoxdur.

Ümumiyyətlə, mənim seçkidən çıxartdığım qərar bu, insanların seçkilərə gəlib səs vermək istəyidir. O cümlədən məntəqələrə çata bilməyən bəzi seçicilər evdə səs verirdilər.

Amma ən çox yadımda valideynlərin seçkilərə apardıqları uşaqlar qalıb. Və hətta valideynləri ilə gələn yeniyetmələr belə həyəcanlı idi, yəqin onlar da tezliklə səsvermədə iştirak edə biləcəklər. Bundan zövq almaq gözəldir.

Aydındır ki, onlar istəyirdilər ki, hər şey düzgün olsun və bunu məşqlər və brifinqlər çərçivəsində etsinlər. Və bütün bunlar yaxşı idi.

"Seçilmiş deputatlar işlərini necə aparacaqlarını bilməlidirlər»

- Bəs səsvermənin nəticəsi və "xalqın xidmətçisi" Partiyasının Ali Radada mütləq çoxluq qazanması barədə nə deyə bilərsiniz?

- Mənim səsverməyə cəlb olunmaq riskim yoxdur. Bu, öz seçimini etmiş ukraynalıların səsverməsinin nəticəsi idi. Siz ukraynalılar və biz Qərb bunun necə işləyəcəyinə baxacağıq. Dürüst olmaq lazımdır ki, seçilmiş deputatlar işlərini necə aparacaqlarını bilməlidirlər. Bildiyimə görə, bir çox insanlar heç vaxt Ali Radaya seçilməyiblər.

Və kifayət qədər çətin olacaq. Axı parlamentin üzvü olmaq görüşlər keçirmək, insanlar qarşısında bəyanatlar vermək kimi bir şey deyildir. Bu iş rejimində 24/7 çalışmalıdırlar, heç vaxt dayanmaq olmaz. Hər şeyi doğru etsəniz, cilalanmış ola bilər.

Bu asan bir iş deyil və nəticədə bir qərar qəbul etməlisiniz. Və insanların bəziləri qərarlarınızla razı olmayacaq. Hər kəsə cavab verə bilməyəcəyini başa düşməlisiniz. İnsanlar sizə yazacaq, alış-veriş edəcəyiniz mağazada küçədə dayanacaq. Onlar da sizə: "Mən bu qərarı əsla qəbul etməyəcəyəm. sənə heç vaxt səs verməyəcəyəm" - deyəcəklər.

Bu da demokratiyadır, bu da sərtdir, ancaq bu, təkcə sizin üçün deyil, bütün ailəniz üçün çətindir, çünki əgər siz küçəyə həyat yoldaşınızla və ya ərinizlə, uşaqlarınızla çıxırsınızsa, hətta ailə şəraitində də insanlar sizi dayandıracaq və onların fikirlərini eşitmək istədiklərini söyləyəcəklər.

Buna da onlar Sovetlər İttifaqı vaxtında qərar verə bilməzdilər. Və fərq bundan ibarətdir.

Parlamentarinin işi həmişə iki hissədən ibarət olur. Siz həmişə nəzərdə tutduğunuz qərarları qəbul edə bilməzsiniz. Və nəticədə səsvermənin nəticəsindən təəssüflənəcəksiniz. Bəli, qərar qəbul edirsiniz və nə üçün ümid etdiyiniz kimi işləyə bilməyəcəyini əvvəlcədən bilmirsiniz.

"Zelenski siyasətçi rolunu oynayırdı, indi isə o, reallıqlarla məşğul olmalıdır»

- Pani Mun, bilirəm ki, bir neçə həftə əvvəl Siz Prezident Zelenski ilə görüşdünüz. Görüş təəssüratlarını bölüşün.

- O, mediaya nəzarət edən oliqarxların öhdəsindən gəlmək qətiyyəti ilə bağlı çox müsbət fikirdədir. Britaniya siyasətində bir atalar sözü var: siz şeirlə çəkə, nəsrlə isə hökm edə bilərsiniz.

Beləliklə, seçki kampaniyası zamanı bir çox müxtəlif ofislər təşkil edə bilərsiniz, lakin qərar qəbul etdiyiniz zaman bəzən məhdudlaşdırma və qərar vermə nəticələri ilə qarşılaşacaqsınız.

Şuranın bir çox yeni üzvləri kimi, Zelensky siyasətdə bir başlanğıcdır, o, siyasətçi rolunu oynadı və indi o, reallıqla məşğul olmalıdır. Siyasətçilər insanları öz arxasınca aparmalıdırlar. Məsələn, söhbət məndən gedirsə, elektorat ilə yaşamalıyam. Mən seçki dairəmdə olan adamların yanına qayıtmalıyam və onların gözlərinə baxaraq deməliyəm ki, nəyə görə məhz mənə səs vermişən.

Əgər siz baş nazir vəzifəsini tutursunuzsa, başqalarını inandırmalısınız ki, Sizə səs versinlər.

Və Britaniyada nəticələrini görürsünüz ...(gülür)

"Britaniyalılar üçün referendum AB ilə heç bir əlaqəsi olmayan qeyri-populyar lider və kanslerdən xilas olmaq üçün bir vasitə idi»

- Böyük Britaniyanın Aİ ilə sıx inteqrasiyasına və AB-dən çıxmasına qarşı səs verdiyinizi gördüm. Sizin fikrinizcə, nə üçün britaniyalılar referendumda Aİ-dən çıxmaya səs verdilər?

- Referendumun təhlükəsi ondan ibarətdir ki, bülletendə yazılanlardan söhbət getmirdi. Sualın daha vacibi isə insanların göndərmək istədiyi mesajdır. Mən Uelsdənəm və Uels sakinlərinin əksəriyyəti David Kameron və Corc Osborndan, hökumətin sərt tədbirlərindən narazılıq edir. Bir çox insanlar mənə danışdılar ki, nəticələr elan edildikdən sonra Kameron dərhal istefa verdi, Corc Osborn da hökuməti tərk etdi.

Onlar üçün referendum qeyri-populyar liderdən və kanslerdən xilas olmaq üçün bir vasitə idi ki, bu da Aİ-yə aid deyildi.

Sonrakı illərdə isə insanlar referendumun nəticələri barədə xəbər tutanda düşünürdülər:"Aha, gəlin bir saniyə düşünək, bəlkə də bu, yaxşı deyil".

Mən seçki dairəmdə "Ford" zavodunun çıxmasından sonra 17 min iş yerini itirdim.

O zaman ölkənin Aİ-dən çıxması ilə bağlı seçki dairəmdə fikirlər parçalanmışdı, amma indi o, Aİ-də qalmağın tərəfdarıdır. Məhz buna görə də Tori (Mühafizəkar Partiya) ikinci referendum istəmir.

- Niyə?

- Mühafizəkarlar arasında uzun müddət Aİ-dən çıxmağın tərəfdarı olan insanlar olub. Onlar Britaniyanın Aİ-də qalmasını istəmirlər. Britaniyanın ABŞ-a daha yaxın olmasını istəyirlər. Onların arzuları da məhz bundan ibarətdir.

Hazırda Mühafizəkarlar partiyasının üzvləri yeni Baş nazirə səs verir.

Yeni Baş nazir Mühafizəkarlar Partiyasının 160 min üzvü arasında seçiləcək. Aydındır ki, bu, ikinci referendumun qeyri-demokratik olacağı demokratiyadır. Nonsens nədir?

Biz bunu keykizm (cakeısm) adlandırdıq. Siz keks saxlamaq, ancaq eyni zamanda onu yemək istəyirsiniz.

"Biz Rusiyanın "boz zonaya" və öz ərazisindən kənara çıxmasını görürük»

- Pani Mun, NATO PA-nın prezidenti vəzifəsinə seçildikdən sonra siz bəyan etdiniz: "Biz hamımız bilirik ki, daimi hərəkət və böyük dəyişikliklər dövründə yaşayırıq və mən bunu Assambleyanın dəyişdirilməsində görürəm. İndi biznesin adi qaydada aparılması zamanı deyil". Bunu daha ətraflı izah edə bilərsinizmi?

- Ukrayna "adi biznes"in nə üçün həyata keçirilməməsinin bariz nümunəsidir. "Business as usual" o deməkdir ki, suveren dövlətlərin ərazisinə soxulmaq olmaz. Bu isə Gürcüstan ərazisində baş verib və indi isə Ukraynada baş verir. Təhlükə çox güclüdür. Hazırda qarşımızda yalnız dezinformasiya, saxta xəbərlər və kiberhücumlar vasitəsi ilə deyil, həm də öz Silahlı Qüvvələrini qonşu ölkəyə fiziki olaraq göndərə biləcəyinə inanan Rusiya Federasiyası var: Və deyir ki, indi bu, bizimdir. Onlar bunu hansısa mülki silahlı qrupların üsyanı kimi qələmə verirlər. Deyirlər ki, Rusiyanın buna heç bir dəxli yoxdur.

Buna görə də, hazırda yeni bir təhlükə var. MN-17 hətta Britaniyada yaşayan insanlar üçün də təhlükənin daha bir nümunəsidir. Ukraynanın üzərindən uçan bir təyyarəyə minirsiniz və nəticəsi göz qabağındadır..

Biz təhdidlərin çox müxtəlif növləri haqqında danışırıq. Bu, həm də rusiyalıların dünya parlamentlərində qərarların qəbuluna təsir göstərməyə çalışdığı puldur. Biz bütün Avropada seçkilərə, Brexit referendumuna, ABŞ-a Rusiyanın müdaxiləsini görürük.

Boris Conson Rusiya ilə əlaqələrinə və Rusiya oliqarxları ilə dostluğuna eyni diqqət yetirəcəkdir. Deməli, biz Rusiyanın "boz zonaya" və öz ərazisindən kənara çıxmasını görürük.

"Ukrayna üçün ən böyük uğur demokratik liberal dəyərlərin, hüququn aliliyinin və insan hüquqlarının qəbul edilməsi olacaq…»

- Qərb, NATO Rusiya ilə necə davranmalı, Putini Ukraynadan çəkilməyə məcbur etmək üçün nə etməli?

- Fikrimcə, ən yaxşısı güclü və uğurlu Ukrayna qurmaqdır. Əslində, Putin məhz bundan qorxur. Ukrayna ədalətli demokratik seçkilər keçirir, Rusiyada bəyan edirlər ki, insanların Sankt-Peterburqda seçkilər tələb etmək hüququ yoxdur, orada insanlar hətta Rusiyada saxta demokratik seçkilərdə iştirak etməkdən imtina edirlər.

İnsanlar yaxınlarının olduğu Ukraynaya baxacaqlar. Vaxtilə Siz Sovetlər İttifaqının bir hissəsi idiniz. Onlar burada adamların həyatına baxacaqlar və fikirləşəcəklər, onlar ukraynalılardır, sərbəst hərəkət edirlər, gecə onları heç kim evdən götürmür, onları polislə heç kim qorxutmur. Ukraynalılar iş tapa bilərlər, mağazalar məhsul və müxtəlif mallarla doludur və istədikləri zaman xaricə səyahət edə bilərlər. Həyatın keyfiyyəti yaxşılaşır, iş yerlərinin sayı artır.

Ona görə də düşünürəm ki, Ukrayna üçün ən böyük uğur demokratik liberal dəyərlərin, hüququn aliliyinin və insan hüquqlarının qəbul edilməsidir.

- Yeri gəlmişkən, Pani Mun Zelenski ilə danışarkən ondan bu dəyərlərə sadiqliyi eşitdinizmi?

- Biz bu barədə soruşduq. Ona da dedim ki, hazırda Şimali Atlantika Şurasında üç boş yer vardır. İndi NATO-nun 29 üzvü var, yerləri isə cəmi 32-dir və mən ondan soruşdum ki, 31 və ya 32-ni nə zaman tutmaq istəyir. O dedi ki, 30-cu yeri tutmaq istəyir. Mən ona cavab verdim: çox gec, bu yer artıq Şimali Makedoniyanındır. Buna görə də qalır 31 və 32. Sonra o, "Biz 31-ci olmaq istəyirik" dedi. (gülür)

İnsanlar başa düşməlidirlər ki, bütün bunlar Ukraynanın əlindədir. Qapılar açıqdır, kömək etmək üçün hər şey var. Odur ki, Ukrayna demokratik prosesdən istifadə edərək, qapılardan keçib-keçməyəcəyini özü həll etməlidir. Heç kim sizi məcbur etməyəcək. Bu, Sovet İttifaqı deyil, Rusiya Federasiyası deyildir. Heç kim heç nə tələb etməyəcək. Masada təklif, kömək etmək və dəstəkləmək üçün hər şey var. Ukraynada monitorinq missiyasının seçki ilə bağlı məruzəsinə diqqətlə baxmaq lazımdır.

Siz, həmçinin, tamhüquqlu demokratik ölkəyə gedən yolda olduğunuz yeri görməlisiniz və müəyyən mənada bu yolda sizin dövrünüzdə digər ölkələrə deyilənləri təhlil etməlisiniz. Litva, Latviya, Estoniyada ilk illərdə bu yol ilə hərəkət etdikləri monitorinq missiyasının məruzəsini oxuyun. Çünki onlar da bir vaxtlar bunu oxuyub.

- Pani Mun, sizdən soruşmaq istərdim ki, NATO Ukraynanı üzvlük üçün bütün meyarlar yerinə yetirilmədən əvvəl dəvət edə bilərmi?

- İyun ayında burada olarkən təlim mərkəzində zabitlərin təlim-məşqlərini və hərbi təlimləri gördüm. NATO-nun nümayəndələri məşqləri izlədilər və məsləhətlər verdilər. Mən Kanada, Britaniya və Amerika təlimatçıları ilə danışanda onların hamısı bir şey deyirdi: bu, ikitərəfli təhsildir. Heç bir mənfi münasibət yox idi. Çünki bundan hər iki tərəf fayda götürürdü.

"Ukraynalı həmkarlarımızla biz həmişə çox konstruktiv işləmişik…»

- Dekabrın əvvəlində Londonda NATO-nun sammitində Ukraynaya Üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməsini mümkün hesab edirsinizmi?

- Mən şadam ki, siz bu sualı verdiniz. Çünki bu, NATO ilə NATO PA arasında fərqi fərqləndirməyə kömək edəcək. Biz bu qərarı qəbul edə bilmərik, bu, mənim sualım deyil, Brüsseldə yerləşən qərargahda Şimali Atlantika Şurası bu qərarı qəbul edə bilər. O, Londonda NATO PA-da qəbul edilə bilməz.

Biz bu barədə çox danışmışıq və bir-birimizin mövqeyini bilirik. Lakin bizim üçün əsas Alyansa üzvlüyün siyasi fokusudur. Siyasətçilər üçün bizim bir-birimizlə danışmağımız vacibdir. Mən sizə deməliyəm ki, bizim Ukrayna Parlamentindəki həmkarlarımızla yaxşı münasibətlərimiz olub. İndi tamam başqa adamlar gələcəklər, çünki aydındır ki, böyük dəyişikliklər olacaqdır.

Ukraynalı həmkarlarımızla biz həmişə çox konstruktiv işləmişik.

NATO PA-dakı bütün danışıqlarımız vacibdir. Orada da izah edə bilərəm ki, Ukrayna nə üçün bu və ya digər şəkildə hərəkət edir. Ukraynada olmuşam, Ukrayna parlamentinin üzvləri ilə görüşmüşəm.

Söhbət parlamentdə digər insanların da eşidə biləcəyi şüurun başqa səviyyəsindən gedir. Bu, fikir mübadiləsidir, insan ətrafında nə baş verdiyini bilməlidir.

"Biz Zelenskini NATO PA-nın final plenar sessiyasında gəlib bizimlə danışmağa dəvət etdik»

- NATO PA-nın Londondakı oktyabr plenar sessiyasından gözləntiləriniz necədir?

- Siz bunu bilmirsiniz, amma mən Prezident Zelenskiyə yazdım və ondan bu sessiyaya gəlməyi xahiş etdim. Deməli, biz onu buraya gəlməyə və NATO PA-nın final plenar sessiyasında bizimlə danışmağa dəvət etmişik. Görüşdə NATO-nun baş katibi, Prezident Zelenski də olacaq. Biz hələ bəzi başqa liderlərə də dəvət göndərmişik və cavab gözləyirik.

Biz, həmçinin məruzələrimizin yekun versiyasını hazırlayacağıq, onlardan biri Ukraynaya həsr olunacaqdır. Çıxarılan nəticələr plenar sessiyada nəzərdən keçiriləcək və NATO PA tərəfindən qəbul ediləcək, sonra 29 ölkəyə veriləcək və tezliklə, oktyabr ayında Alyansın 30 üzvü olacaq. Orada NATO PA-nın Ukraynadakı vəziyyəti anlaması və tövsiyələri öz əksini tapacaq.

"Biz Ukraynanın ÜFP-ni almasında çox maraqlıyıq və bu statusu almaqda sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik»

- Onların arasında NATO-nun dekabr sammitində Ukraynaya ÜFP-nin təqdim olunması təklifi olacaqmı?

- Yenə də bu, bizim qərarımız deyil.

- Mən də tövsiyədən danışıram.

- Yox. Mən hesab etmirəm ki, bu, parlament qərarı olmalıdır. Çünki bizim NATO ilə Ukrayna Silahlı Qüvvələri arasında gedən bütün məlumatlara çıxışımız yoxdur.

Ona görə də mən bilmirəm, hansı məlumat mübadiləsi aparılır, hər şey yaxşıdır, yoxsa əksinə, ansı nöqsanlar var. Mən bunu bilmirəm, ona görə də qəbul etmək hüququ olmayan qərarları şərh edə bilmirəm. Bağışlayın.

Biz çox maraqlıyıq ki, Ukrayna ÜFP-ni alsın və bu statusu almaqda sizə kömək etmək üçün əlimizdən gələni əsirgəməsin. Ancaq biz bu barədə qərar qəbul etmirik.

Babək Göyüş

AzNews.az