Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb
  • Qərb
  • 17 Avqust 2019 20:47
  •  3 666

Jan-Klod Yunker təcili xəstəxanaya yerləşdirildi

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb

“TASS”ın verdiyi xəbərə görə, bu barədə şənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: "Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.

Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.(apa.az)

AzNews.az