Malyorkada yüzlərlə insanın basdırılmamış qalıqları tapıldı

Hökumət qalıqların tanınması üzrə iş aparacaq

İspaniyanın Malyorka adasında, Manakor bələdiyyəsinə məxsus qəbiristanlıqdakı tikililərdə yüzlərlə insanın basdırılmamış qalıqları aşkar edilib.

Bu barədə "Euro Press" agentliyinə istinadən yazır.

Bələdiyyədəki mənbələrdən verilən məlumata əsasən, iki nəfər yerli hökumət nümayəndəsi qəbiristanlığı ziyarət edərkən qalıqları təsadüfən aşkar edib. Onlar bağlı tikililəri açmağı xahiş ediblər, lakin açar olmadığından qapıları qırmalı olublar.

Yerli hökumət ehtimal edir ki, qalıqların olduğu otaqlar ötən əsrin 80-ci illərindən açılmayıb. Onların bildirdiyinə görə, qalıqlar bura müvəqqəti yerləşdirilə bilər, lakin naməlum səbəbdən məzarlıqlara qaytarılmayıb.

Hökumət qalıqların tanınması üzrə iş aparacaq.

Mətbuatın yaydığı məlumata əsasən, qəbiristanlıqda 100-dən 300-dək insanın qalıqları ola bilər.

Manakor bələdiyyəsi hazırda bu problemin həlli üzərində işləyir, hüquq-mühafizə və məhkəmə orqanlarına məlumat verilib.

Ehtimal olunur ki, 1982-1983-cü illərdə təmir işləri ilə əlaqədar bura gətirilən cəsədlər öz yerlərinə qaytarılmayıb.(oxu.az)

AzNews.az