“O, beynəlxalq birliyin ABŞ-da qəbul olunmuş qanunlarına qarşı gedir” “O, beynəlxalq birliyin ABŞ-da qəbul olunmuş qanunlarına qarşı gedir”
  • Qərb
  • 6 Sentyabr 2019 10:11
  •  2 232

Rusiyanın G7-ə qayıtması məsələsi böyüdü – Konqress Trampa qarşı çıxdı

“O, beynəlxalq birliyin ABŞ-da qəbul olunmuş qanunlarına qarşı gedir”

ABŞ Konqressinin nümayəndələri Donbass münaqişəsi davam edənə və Krım Rusiyanın tərkibində qalana qədər, RF-nın “Böyük Yeddiliyə” qaytarılmasına qarşıdır.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Demokratik partiyanın üzvü Albio Sayres tərəfindən hazırlanan qətnamədə deyilir.

Qeyd edilir ki, ABŞ sammitin bütün liderlərini Rusiyanın kluba qaytarılmasına qarşı çıxmağa səsləyib.

“Əgər prezident Tramp Rusiyanın G7 formatına qatılmağı məsələsində beynəlxalq birlik tərəfində müəyyən edilmiş şərtlərə məhəl qoymursa, o, beynəlxalq birliyin ABŞ-da qəbul olunmuş qanun və konsensuslarına qarşı gedir”, - Sayres bildirib.

Xatırladaq ki, bir müddət öncə dövlət katibi Mayk Pompeo ABŞ administrasiyasının Rusiyanın G7-ə qaytarılması üzərində işləyəcək.

AzNews.az