Aksiyadan isə 145 min sərnişinin təsirlənməsi gözlənilir Aksiyadan isə 145 min sərnişinin təsirlənməsi gözlənilir
  • Qərb
  • 9 Sentyabr 2019 14:32
  •  2 077

"British Airways" 1700 uçuşu təxirə saldı

Aksiyadan isə 145 min sərnişinin təsirlənməsi gözlənilir

İngiltərənin nəhəng hava yolu şirkəti “British Airways” 1700 uçuşu təxirə salıb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, maaş artımında 9 aydır razılığa gələ bilməyən 4 min 300 pilotu təmsil edən Britaniya Hava Yolu Pilotları Birliyi (BALPA) 48 saatlıq etiraz aksiyası keçirməyə qərar verib.

"British Airways" normal şəraitdə gündə 800-dən çox uçuşu reallaşdırır. Aksiyanın 145 min sərnişinə təsir edəcəyi gözlənilir.

BA-dan verilən açıqlamaya əsasən, BALPA-nın hansı pilotların aksiya keçirdiyi barədə məlumat vermədiyinə görə əvvəlcədən plan qurmaq mümkün deyil, buna görə də uçuşların demək olar hamısını ləğv etmək məcburiyyətində qalıblar.

Aksiyanın şirkətin alt markaları olan “BA CityFlyer”, “Sun-Air” və “Comair”ə təsir etmədiyi deyilir.

Pilotlar 27 sentyabrda və krizin həll edilmədiyi təqdirdə, Yeni İl tətilində də 1 gün aksiya keçirəcəklərini açıqlayıblar.

Pərvanə

AzNews.az