Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib
  • Qərb
  • 10 Sentyabr 2019 20:15
  •  2 819

Tramp Con Boltonu istefaya göndərdi

Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

RİA "Novosti" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb.

D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb.

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib.(report.az)

AzNews.az