Trampın Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib Trampın Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib
  • Qərb
  • 10 Sentyabr 2019 23:50
  •  2 642

Bolton Trampı səhv məlumat verməkdə ittiham etdi

Trampın Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib

ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Bolton Donald Trampı ictimaiyyətə səhv məlumat ötürməkdə ittiham edib.

Bolton istefa qərarını əvvəlcədən prezidentə bildirdiyini, onun isə bu məsələni sabah müzakirə edəcəyini söylədiyini bildirib. Lakin Trampın bu gün Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib.

Qeyd edək ki, Tramp Con Boltonun ideyalarının onun və administrasiyanın fikirləri ilə üst-üstə düşmədiyini bildirmiş, bu səbəbdən müşaviri istefaya göndərdiyini elan etmişdi.(qafqazinfo.az)

AzNews.az