- Qərb
- 30 Sentyabr 2019 22:39
- 2 530
Polşa parlament seçkilərinə hazırlaşır

Hakim partiyanın əsas rəqibi Vətəndaş Koalisiyası partiyasıdır
Polşa oktyabrın 13-də keçiriləcək parlament seçkilərinə hazırlaşır.
Həmin gün Seymə 460, Senata 100 üzv seçiləcək.
Keçirilən sorğularda iştirak edənlərin çoxu hakim partiya olan Qanun və Ədalətin (PiS) qələbəsinə inandığını söyləyib. Buna səbəb olaraq isə sosial rifahı və davamlı iqtisadi artımı əsas göstəriblər. 2015-ci ildə hakimiyyətə gələn partiya Avropa İttifaqı ilə hakimlərin fəaliyyətindəki islahatlar, miqrasiya və ekologiya ilə bağlı siyasət səbəbindən narazılıq yaşayıb. Politoloqlar hesab edirlər ki, PiS seçici səslərinin 41 faizini qazanacaq.
Hakim partiyanın əsas rəqibi isə Vətəndaş Koalisiyası partiyasıdır. Onların seçkilərdə 25 faiz səs toplayacağı planlaşdırılır.
2015-ci ildəki son seçkilər zamanı Seymdə heç bir sol partiya təmsil olunmamışdı. Belə ki, onlar Polşa qanunvericiliyinin tələb etdiyi kimi səslərin minimum 8 faizini toplaya bilməmişdilər. Bu il isə solçular alyans halında səslərin 14 faizini toplamaqla parlamentə girməyi planlaşdırırlar.(AZƏRTAC)
AzNews.az