“Strategiyanı seçilmiş məmurlar deyil, nazirlər kabineti müəyyən edəcək” “Strategiyanı seçilmiş məmurlar deyil, nazirlər kabineti müəyyən edəcək”
  • Qərb
  • 9 Oktyabr 2019 10:12
  •  3 244

“Brexit” beş naziri vəzifəsindən edə bilər

“Strategiyanı seçilmiş məmurlar deyil, nazirlər kabineti müəyyən edəcək”

Britaniyanın beş naziri ölkə Avropa İttifaqından sazişsiz çıxdığı təqdirdə istefa verə bilər.

AzNews.az bildirir ki, bu barədə “The Times” öz mənbəyinə istinadən xəbər verir.

Onun sözlərinə əsasən, bu səbəbdən “xeyli” mühafizəkar istefa verə bilər.

Beləliklə, tutduğu vəzifəsindən mədəniyyət naziri Niki Morqan, Şimali İrlandiya məsələləri üzrə nazir Culian Smit, ədliyyə naziri Robert Baklend, səhiyyə naziri Mettyu Henkok və Baş prokuror Çarlz Ceffri Koks imtina edə bilərlər.

“Strategiyanı seçilmiş məmurlar deyil, nazirlər kabineti müəyyən edəcək. Əgər bu, belə variantı dəyişmək cəhdidirsə, o, uğursuzluğa düçar olacaq”, - nazirlərdən biri nəşrə bildirib.

AzNews.az