- Qərb
- 12:31
- 1 961
Yunanıstanda korrupsiya qalmaqalı: Baş nazir təcili istintaq tələb edir
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Avropa İctimai Prokurorluq Ofisindən (EPPO) Avropa İttifaqının kənd təsərrüfatı subsidiyaları ilə bağlı korrupsiya şübhələri üzrə millət vəkillərinə qarşı hüquqi prosedurların “gecikmədən” başlanmasını tələb edib.
Baş nazir vurğulayıb ki, prokurorluq mümkün qədər tez şəkildə neçə nəfər və kimlərə qarşı cinayət işi açılacağı barədə qərar verməlidir.
Qeyd edək ki, ötən həftə baş verən qalmaqal nəticəsində 3 nazirin istefa verməsi hökumət üzərində təzyiqləri daha da artırıb.
Avropa prokurorları daha əvvəl hakim “Yeni Demokratiya” partiyasına mənsub bir sıra şəxslərin qanunsuz gəlir əldə edib-etmədiklərini araşdırdıqlarını açıqlamışdı.
Yunanıstan rəsmilərinin qiymətləndirməsinə görə, təxminən 2018-ci ildən fəaliyyət göstərdiyi ehtimal olunan şəbəkə ən azı 23 milyon avro məbləğində dələduzluq həyata keçirib.
Mövsüm,
AzNews.az