Aİ-də veto hüququ müzakirə mövzusuna çevrilib

Avropa İttifaqına üzv olan getdikcə daha çox ölkə birlik daxilində qərarların qəbulunu bloklamağa imkan verən veto hüququnun məhdudlaşdırılmasını və ya tamamilə ləğvini istəyir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, bu təşəbbüsün əsas səbəbi Macarıstanın Ukraynaya ayrılması nəzərdə tutulan kredit paketini bloklamasıdır.

Qeyd olunur ki, yaranmış çıxılmaz vəziyyət fonunda narazılıqlar açıq şəkildə özünü göstərməyə başlayıb. Xüsusilə Almaniya və İsveçin öncüllük etdiyi bir qrup ölkə milli veto hüququnun ciddi şəkildə məhdudlaşdırılmasına və ya tamamilə aradan qaldırılmasına çalışır.

Hazırkı qaydalara əsasən, Aİ-də bəzi mühüm qərarlar yalnız bütün üzv ölkələrin razılığı ilə qəbul oluna bilər ki, bu da ayrı-ayrı dövlətlərə ümumi qərarları bloklama imkanı verir.

Mövsüm,

AzNews.az