- İşin içi
- 11:58
- 1 574
IFC Azərbaycana PPP layihələrinin icrasını asanlaşdırmağa kömək edəcək
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə ölkədə Dövlət-Özəl Tərəfdaşlığı (PPP) layihələrinin icrasının asanlaşdırılması üzrə strategiya hazırlayacaq.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2025-ci ilin yekunlarına dair hesabatında bildirilir.
Bundan başqa, IFC bu istiqamətdə əməkdaşların potensialının artırılmasında nazirliyə dəstək göstərəcək, bu məqsədlər üçün 212,5 min ABŞ dolları vəsait ayıracaq.
Yaxın 5 ildə IFC Azərbaycan üzrə maliyyələşdirməni 200-500 milyon ABŞ dollarına çatdıra bilər.
Xatırladaq ki, IFC son 30 ildə 60-dan çox layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 800 milyon ABŞ dollarından çox investisiya yatırıb. IFC-nin kapitalında ölkənin payı 0,12 %-dir (28 852 səhm), hökumət bu səhmlərə abunə yazılışı üçün 21,516 milyon ABŞ dolları ödəyib.