- Dünyanın halı
- 17:14
- 820
"Putinlə görüş üçün Moskvaya getməyəcəyəm" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüş üçün Moskvaya getməyi nəzərdən keçirmədiyini bildirib.
Jurnalistlərə açıqlamasında Zelenski deyib: “Putinlə görüş üçün Moskvaya getməyəcəyəm. Biz Türkiyədə, İsveçrədə və ya Yaxın Şərq ölkələrindən birində görüşə bilərik”.
Bununla yanaşı, Ukrayna lideri münaqişənin həlli istiqamətində danışıqlara hazır olduğunu vurğulayıb və neytral platformada görüşün mümkünlüyünü qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, əgər Zelenski məsuliyyətli və ciddi müzakirələr aparmağa hazırdırsa, Moskvaya gələ bilər və orada qəbul olunacaq. Zelenskinin son açıqlaması isə belə bir variantın hazırda onun üçün məqbul olmadığını göstərir.
Mövsüm,
AzNews.az