Tramp: Obamanın Ukraynaya 350 milyard dollarlıq silah verməsi dəlilik idi

ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində çıxışı zamanı keçmiş prezident Barak Obamanın Ukraynaya göstərdiyi yardımı kəskin tənqid edib.

Tramp bildirib ki, Obama Ukraynaya 350 milyard dollar dəyərində silah verib və bunu “dəlilik” adlandırıb.

“Biz onlara silah satırıq, pulsuz vermirik. Obama isə mənim verdiyim silahların 350 milyard dollarlıq hissəsini hədiyyə edib. Bu, ağılsızlıq idi”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin solyönümlü media qurumları Trampın Ukraynaya ayrılmış yardımlarla bağlı səsləndirdiyi rəqəmləri tez-tez mübahisələndirirlər.

Mövsüm,

AzNews.az