Bu məlumatı Belçika mətbuatı yayıb Bu məlumatı Belçika mətbuatı yayıb
  • Qərb
  • 12 Oktyabr 2019 13:57
  •  3 042

Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu - yaralı var

Bu məlumatı Belçika mətbuatı yayıb

Belçikanın Lyeje şəhərində PKK tərəfdarı olan kürdlərlə Türkiyədən olan şəxslər arasında toqquşma yaşanıb.

Bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, 400 nəfər kürd Türkiyənin Suriyadakı əməliyyatına qarşı etiraz aksiyası təşkil edib.

Sonradan etirazçılarla təxminən 70 nəfərlik türk qrup arasında mübahisə başlayıb.

Bundan sonra hüquq-mühafizə orqanları iki qrup arasındakı mübahisəyə son qoymaq üçün baş verənlərə müdaxilə edib.

Tərəflər arasında yaşanan toqquşma zamanı bir nəfər yaralanıb və o, xəstəxanaya yerləşdirilib. (Axar.az)