Conson: Nəzarəti yenidən ələ alacaq möhtəşəm razılaşma əldə əldə etdik Conson: Nəzarəti yenidən ələ alacaq möhtəşəm razılaşma əldə əldə etdik
  • Qərb
  • 17 Oktyabr 2019 14:31
  •  4 097

Böyük Britaniya ilə Avropa İttifaqı arasında tarixi Brexit razılaşması imzalandı

Conson: Nəzarəti yenidən ələ alacaq möhtəşəm razılaşma əldə əldə etdik

Avropa Komissiyasının sədri Jan Klod Yunker Aİ ilə Böyük Britaniyanın Brexit mövzusunda razılaşma əldə etdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

“Niyyət olan yerdə razılaşma da olur. Bizim də razılaşmamız var və bunun təsdiqlənməsini tövsiyyə edirəm”.

Avropa İttifaqı və Böyük Britaniya tarixi əhəmiyyəti olan Brexit barədə razılaşma əldə etdi. Bu, İngiltərənin 3 il çəkən müzakirələrdən sonra Aİ-dən çıxması üçün şərait yaratdı.

Lakin razılaşma Böyük Britaniya parlamentində də təsdiqlənməlidir. Razılaşmanı dəstəkləməyəcəyini əvvəlcədən bildirən Şimali İrlandiyanın Demokrat Partiyası bu mövzu barədə hələlik açıqlama verməyib. Böyük Britaniyanın Baş naziri Boris Consonun razılaşmanı təsdiqlədə bilməsi üçün bu partiyanın dəstəyi vacibdir.

Conson mövzu ilə bağlı “Twitter” səhifəsində açıqlama verib:

“Nəzarəti yenidən ələ alacaq möhtəşəm razılaşma əldə əldə etdik. İndi parlament şənbə günü bunu təsdiqləməlidir. Beləliklə həyat şəraiti, səhiyyə xidmətləri, şiddət və ətraf mühit problemləri kimi məsələlərə baxa bilərik”.

Pərvanə

AzNews.az

image description