Barselona: Bu artıq etirazlar deyil, müharibədir

Barrikadalar həmişə səni qoruya bilmir

İspaniyanın Barselona şəhərində 100-ə yaxın adam hüquq-mühafizə orqanları ilə küçə döyüşləri zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzNews.az xəbər verir ki, etiraz aksiyaları yaxın günlərdə də planlaşdırılıb və rusiyalı turistlərə RF XİN-də xəbərdarlıq edilib.

Barselonanın mərkəzi. Bu, turizm şəhərinə az oxşayır. Burada hər şey, sanki, bombardmandan sonraya bənzəyir. Hər şey alov içindədir, yol nişanları, qutular aşırılıb, sınıb-dağıdılıb.

İnsanlar rezin şariklər atırlar. Bu isə divarlardan sıçrayaraq ətrafdakılara xəsarət yetirir. Hər yerdə böyük çay daşı var. Polis etirazçıları sıxışdırmağa çalışır. Həm jurnalistlər, həm də polis özünü xilas etməyi bacarmalıdır.

Yanğınsöndürənlər yanan zibil qutularını söndürməyə vaxt tapmırlar, polis etirazçıları rezin güllələrlə vurur, onlar isə şüşə butılkalarla cavab verirlər.

Qorxuya düşən yerli sakinlər gözlərinə inanmırlar, bu tələdən çıxmağa çalışırlar, lakin bütün küçələr bağlanıb.

"Bu, sadəcə iyrəncdir! Hər şey çox pisdir. Bu, artıq heç bir etiraz deyil, müharibədir. Bu artıq Kataloniya və ya İspaniyanın məsələsi deyil. Bu, ölkəyə qarşı müharibədir", - deyə yerli sakinlər bildirir.

Burada işləmək çox təhlükəlidir, jurnalistlər küçələrə qaçaraq etirazçıların qoyduqları barrikadaların arxasında gizlənirlər. Polis ilk dəfə olaraq gözyaşardıcı qazdan və su şırnağından istifadə edir.

Barrikadalar həmişə səni qoruya bilmir. Polislərdən biri ciddi yaralanıb, huşsuz halda yerdə uzanıb. Onu döyüş yerindən evakuasiya edirlər.

Babək Göyüş

AzNews.az