O, səhvini anladıqdan sonra "tvit"i silib O, səhvini anladıqdan sonra "tvit"i silib
  • Qərb
  • 21 Oktyabr 2019 21:16
  •  1 980

Tramp yenə çaşdı: Pentaqon rəhbərinin adını unutdu

O, səhvini anladıqdan sonra "tvit"i silib

ABŞ Prezidenti Donald Tramp şəxsi "Twitter" hesabında gülməli duruma düşüb.

Ağ Evin rəhbəri ABŞ hərbçilərinin tədricən Suriyanın şimal bölgələrini tərk etdiyini yazıb.

Tramp ABŞ kontingentinin Suriyadan çıxması barədə məlumatı yayarkən müdafiə naziri Mark Esperə istinad etmək istəyib.

Lakin ABŞ Prezidenti Pentaqon rəhbərinin adını unudaraq səhvən Esperanto yazıb.

Tramp sonradan çaşdığını anlayıb səhvini düzəltmək üçün "tvit"i silib.

(cebhe.info)

AzNews.az