- Qərb
- 21 Oktyabr 2019 22:13
- 3 115
Makron Putinə zəng vurdu
Putinlə Makron “Normand dördlüyü” sammitini də də müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.
“RİA Novosti” xəbər verir ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə ediblər. Putin qeyd edib ki, Moskva Suriya məsələsində maraqlı tərəflər arasında təmasların qurulmasını asanlaşdırır.
Putinlə Makron “Normand dördlüyü” sammitini də də müzakirə ediblər.(qafqazinfo.az)
AzNews.az