Qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək Qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək
  • Qərb
  • 7 Noyabr 2019 17:43
  •  2 697

Romada 2-ci dəfə Azərbaycan Kulinariyası Festivalı keçiriləcək

Qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək

Noyabrın 27-dən 29-dək İtaliyanın paytaxtında ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı baş tutacaq.

Festival Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Festival çərçivəsində milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunacaq. Bunlar arasında mətbəximizin şahı olan plov, dolma, qutab, paxlava və daha bir çox çeşid yer alacaq.

Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək.

Yerli Azərbaycan brendlərinin, o cümlədən şərablarının da dadılacağı festival barədə məlumat İtaliya mətbuatında da geniş işıqlandırılıb.

Birinci festivalda olduğu kimi, bu il də tədbirə maraq böyükdür.

AzNews.az

image description