ABŞ 2 terrorçunun başına 10 milyon mükafat qoydu

Hər iki şəxs ABŞ-a qarşı hücumda ittiham olunub

ABŞ Dövlət Departamenti Ərəbistan yarımadasında Əl Qaidə terror təşkilatının iki nüfuzlu şəxsini ələ keçirməyə kömək edəcək informasiya üçün mükafat təyin edilib.

Bu məlumatı ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti yayıb. Belə ki, Vaşinqton Səad bin Atıf Aulaki haqqında informasiyaya görə 6 milyon dollar, Əhməd Mahmud Kosiyə görə 4 milyon dollar mükafat təyin edib.

Hər iki şəxs ABŞ-a qarşı hücumda ittiham olunub.

Dövlət Departamenti Kosinin 2001-ci ildə Pakistanda ələ keçirildiyini və Quantanamoya yerləşdirildiyini, amma 2012-ci ildə Quantanamodan azad edilərək, Sudana göndərildiyini bildirib. (Axar.az)

AzNews.az