"Onlar bir ədyal göndərməyi daha üstün tutdular" "Onlar bir ədyal göndərməyi daha üstün tutdular"
  • Qərb
  • 12 Noyabr 2019 11:14
  •  2 952

Pompeo ETİRAF ETDİ: “Ukraynaya ruslarla döyüşə bilsinlər deyə…”

"Onlar bir ədyal göndərməyi daha üstün tutdular"

ABŞ-ın dövlət katibi Mayk Pompeo Ukraynaya silah tədarükünün səbəbini açıqlayıb.

AzNews.az xəbər verir ki, dövlət katibi WCSC telekanalına açıqlama verib.

"Biz Ukraynaya real silahlar verdik ki, onlar ruslara qarşı mübarizə aparsınlar", - deyə M.Pompeo bildirib.

O qeyd edib ki, prezident Vladimir Zelenskinin səyləri nəticəsində Ukraynada korrupsiyanın səviyyəsi azalıb. Pompeo keçmiş prezident Barak Obamanın administrasiyasını Ukraynaya silah və hərbi texnika verməkdən imtina etdiyinə görə tənqid edib, mövzu ilə bağlı zarafatla belə deyib:

"Onlar bir ədyal göndərməyi daha üstün tutdular".

Dövlət katibi ABŞ-ın Ukraynaya qarşı hazırkı siyasəti ilə fəxr etdiyini də əlavə edib.

Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Kiyevə “Javelin” tank əleyhinə raket sistemlərini tədarük edib. ABŞ administrasiyası, həmçinin, Ukrayanaya gəmi əleyhinə raket sistemləri ilə sahil mühafizə cihazları sata biləcəklərini də bildirmişdi.

Rusiya ABŞ-a Ukraynaya silah tədarükü ilə bağlı dəfələrlə xəbərdarlıq etmiş və bunun yalnız Donbasda gərginliyin artmasına xidmət edəcəyini açıqlamışdı. Avropa ölkələri də Ukraynaya silah tədarükünə qarşı narazılıqlarını bildirmişdi. Almaniya prezidenti Frank Valter Ştaynmayer, silah tədarükünün gərginliyi dayandırmaq üçün səmərəsiz yol olduğunu deyib.

Pərvanə

AzNews.az