- Qərb
- 15 Noyabr 2019 10:18
- 2 694
Bu ölkədə 140 min ev işıqsız qaldı
İzer departamentində 1 nəfər həlak olub
Fransanın cənub-şərqində güclü qar səbəbindən 140 min ev elektrik enerjisiz qalıb.
Bu barədə "Enedis" şirkətinin məlumatında deyilir.
Məlumatda bildirilir: "Drom, İzer və Ardeş departamentlərində 140 min ev elektrik enerjisiz qalıb. Bizim təmir briqadalarımız səfərbər edilib".
"BFMTV" telekanalı bildirilir ki, güclü qar nəticəsində İzer departamentində 1 nəfər həlak olub. (Trend)
AzNews.az