Kütləvi aksiya hökumətin təqaüd rejimlərini ləğv etmək istəyinə etiraz olaraq təşkil olunub Kütləvi aksiya hökumətin təqaüd rejimlərini ləğv etmək istəyinə etiraz olaraq təşkil olunub
  • Qərb
  • 5 Dekabr 2019 20:03
  •  4 166

Parisdə etirazlar zamanı 71 nəfər saxlanıldı

Kütləvi aksiya hökumətin təqaüd rejimlərini ləğv etmək istəyinə etiraz olaraq təşkil olunub

Fransanın paytaxtı Parisdə təqaüd islahatlarına etiraz olaraq təşkil olunmuş nümayişdə 71 nəfər etirazçı saxlanılıb.

TASS-ın verdiyi xəbərə görə, digər şəhərlərdən gələn etirazçıların qarşısını almaq məqsədi ilə hüquq-mühafizə orqanları vağzallarda təhlükəsizlik tədbirlərini gücləndirib.

Nümayişçilər arasında həmkarlar ittifaqlarının, siyasi partiyaların üzvləri, tələbələr, “sarı jiletli”lər, təhsil müəssisələrinin əməkdaşları və digər qruplar yer alırlar.

Kütləvi aksiya hökumətin təqaüd rejimlərini ləğv etmək istəyinə etiraz olaraq təşkil olunub. Belə ki, bu rejimlərin ləğvi nəticəsində dəmir yolçular, energetiklər, hüquqşünaslar və Paris operasının işçilərinin daha tez təqaüdə çıxmaq imkanları məhdudlaşdıracaq. Bundan başqa, əhalinin bütün kateqoriyaları üçün təqaüd ödənişlərini uzatmaq nəzərdə tutulur. Hökumət təqaüd sistemində yaranmış defisiti aradan qaldırmaq məqsədi ilə bu addımları atmaq məcburiyyətində qalıb.(apa.az)

AzNews.az