"Həlak olanların ailələrinə səbr, yaralılara şəfa diləyirik” "Həlak olanların ailələrinə səbr, yaralılara şəfa diləyirik”
  • Qərb
  • 6 Fevral 2020 10:55
  •  8 644

ABŞ-ın Dövlət Katibliyi Türkiyəyə başsağlığı verib

"Həlak olanların ailələrinə səbr, yaralılara şəfa diləyirik”

ABŞ-ın Dövlət Katibliyi baş verən qar uçqunu və təyyarə qəzasına görə Türkiyəyə başsağlığı verib.

AzNews.az xəbər verir ki, bu barədə katibliyin “Twitter” səhifəsində açıqlama verilib.

Açıqlamada deyilir:

“ABŞ eyni gündə qar uçqunu və təyyarə qəzası kimi iki tragediya yaşayan Türk xalqına ürəkdən başsağlığı verir. Həlak olanların ailələrinə səbr, yaralılara şəfa diləyirik”.

Xatırladaq ki, Türkiyənin Van-Bağçasaray magistral yolunda mikroavtobus qar uçqununa düşüb. Nəticədə 5 nəfər ölüb. İkinci dəfə baş verən uçqunda isə təhlükəsizlik işçiləri də daxil olmaqla 33 nəfər həlak olub.

İstanbulda yerləşən Sabiha Gökçen hava limanında isə təyyarənin eniş zolağından çıxması nəticəsində qəza baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.

Pərvanə