"Əsəd rejiminin təşkil etdiyi hücumlar humanitar skandaldır" "Əsəd rejiminin təşkil etdiyi hücumlar humanitar skandaldır"
  • Qərb
  • 28 Fevral 2020 11:45
  •  10 111

Makron İdlibdə baş verənlərə görə BMT-yə səsləndi

"Əsəd rejiminin təşkil etdiyi hücumlar humanitar skandaldır"

"Əsəd rejimi və tərəfdarlarının təşkil etdiyi hücumlar terrorla mübarizə məqsədi daşımır, bu, eyni zamanda humanitar skandaldır".

AzNews.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Napoli şəhərində İtaliyanın Baş naziri Cüzeppe Konte ilə təşkil olunan birgə mətbuat konfransında deyib.

Makron son günlərdə Suriya, xüsusilə İdlibdə baş verənləri qınadığını vurğulayıb.

“Sağlamlıq mərkəzlərinin dağıdılması, beynəlxalq humanitar hüququn pozulması və mülki şəxslərə qarşı hücumlar yolverilməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələyə görə məsuliyyəti öz üzərinə götürməlidir”, - deyə Fransa Prezidenti bildirib.

Pərvanə