Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi sağalıb

Bu barədə Haviyer Solana "Twitter"də bildirib

Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi Haviyer Solana sağalıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Haviyer Solana "Twitter"də bildirib.

"4 həftə yarımdan sonra mən xəstəxananı tərk edirəm və evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm", - o qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Haviyer Solana 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, 1992-1995-ci illərdə Baş nazir Felipe Qonzalesin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri olub.