- Qərb
- 2 May 2020 22:48
- 4 897
Fransada qocalar evində 10 minə yaxın insan koronavirusdan ölüb
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 185-dir
Fransada son sutkada koronavirusdan ölənlərin sayı 166 nəfər artaraq, 24 760-a yüksəlib.
AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Koronavirus qurbanlarının ümumi sayından 15 487-si xəstəxanalarda, 9 273-ü isə qocalar evində vəfat edib.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 185-dir.
Martın 17-dən Fransada özünütəcrid rejimi tətbiq olunur.