"İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik" "İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik"
  • Qərb
  • 13 Avqust 2020 21:30
  •  4 933

Bu ölkədə 300-ə yaxın fabrik işçisi koronavirusa yoluxdu

"İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik"

Böyük Britaniyada Norsampton şəhərində yerləşən “Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib.

Fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: “Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”. (APA)

AzNews.az