Boris Conson istefa verə bilər

Belə bir iddia ilə nazirin qohumlarına istinadən “The Times” qəzeti çıxış edib

Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirusdan sonra səhhətində yaranan problemlər səbəbindən 6 ay sonra istefa verə bilər.

AzNews.az xəbər verir ki, belə bir iddia ilə nazirin qohumlarına istinadən “The Times” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Conson hələ də koronavirusun nəticələrindən əziyyət çəkir və 2021-ci ilin əvvəlində istefaya gedəcək.

Xatırladaq ki, Boris Conson martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.