• Qərb
  • 5 Dekabr 2020 09:18
  •  557

Fransada son sutkada 11 mindən çox yoluxma qeydə alındı

Fransada COVİD-19-dan test olunanların 10,7 faizinin testi pozitiv çıxıb

Fransada son sutka ərzində koronavirusdan 284, son üç gündə isə qocalar evində 345 nəfər vəfat edib, bununla da ölüm sayı 54,767-yə çatıb.

AzNews.az xəbər verir ki, 11,221 nəfərin virusa yoluxması ilə ölkədə yoluxanların sayı 2,268,552 nəfərə yüksəlib.

Hazırda 3,293 nəfərin vəziyyəti ağır olaraq qalır, 26,311 nəfərin müalicəsi davam etdirilir, 168,352 nəfər isə sağalıb.

Fransada COVİD-19-dan test olunanların 10,7 faizinin testi pozitiv çıxıb.