Məhdudiyyətlər ölkədəki müsəlmanları özgələşdirir Məhdudiyyətlər ölkədəki müsəlmanları özgələşdirir
  • Qərb
  • 19 Yanvar 2021 20:57
  •  4 932

Fransada müsəlmanlara qarşı yeni məhdudiyyətlər

Məhdudiyyətlər ölkədəki müsəlmanları özgələşdirir

Fransada hazırlanan yeni qanun layihəsi müsəlmanların dini azadlıqlarını bir az da məhdudlaşdıracaq.

AzNews.az xəbər verir ki, Milli Məclisdəki komissiyada təhlil olunan 51 maddəlik “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən prinsiplə” hazırlanan qanun layihəsi müsəlmanların həyatının, demək olar ki, bütün sferalarına məhdudiyyətlər gətirəcək.

Fransa Prezidenti Emmanuel Makronun ötən ilin oktyabrın 2-də “islamçı ayrı-seçkiliklə mübarizə” olaraq təqdim etdiyi, sərt reaksiyalardan sonra “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən prinsiplər” olaraq dəyişdirilən qanun layihəsi ibadət, təhsil, evlilik kimi həyatın hər sferasına gətirdiyi məhdudiyyətlərlə ölkədəki müsəlmanları özgələşdirir.

Qanunun xüsusən müsəlmanların ibadət yerləri olan məscidlər və bu məscidlərin idarəçiliyinə görə məsuliyyət daşıyan dərnəklərə müdaxilə cəhdi diqqət çəkir.