Xahiş olunur nəzərə alasınız ki... Xahiş olunur nəzərə alasınız ki...
  • Qərb
  • 22 Yanvar 2021 09:46
  •  5 986

Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

Xahiş olunur nəzərə alasınız ki...

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 2020-ci ilin yanvarın birindən etibarlılıq müddəti bitmiş və ya sonra bitən pasportların etibarlılıq müddəti bu ilin iyulun 1-dək uzadılmış hesab olunur”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Xahiş olunur nəzərə alasınız ki, etibarlıq müddəti bitmiş pasport ilə beynəlxalq sərhədləri keçmək mümkün deyil. Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, səfirlik vasitəsi ilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur”, - diplomatik nümayəndəlikdən bildirilib.