Qərar martın 18-dən qüvvəyə minəcək Qərar martın 18-dən qüvvəyə minəcək
  • Qərb
  • 17 Mart 2021 22:47
  •  6 229

ABŞ Rusiyaya qarşı ticari sanksiyaları genişləndirib - YENİLƏNİB

Qərar martın 18-dən qüvvəyə minəcək

ABŞ Ticarət Nazirliyi Aleksey Navalnı işi ilə əlaqədar Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib.

Bu barədə Ticarət Nazirliyinin saytında bildirilib.

Qərar martın 18-dən qüvvəyə minəcək.

Qeyd edək ki, martın əvvəlində Aleksey Navalnı işi ilə bağlı ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Moskvaya qarşı ittihamlar iki məqamla - Aleksey Navalnının zəhərlənməsi və "İv Roşe" işi üzrə ona 3,5 il həbs cəzasının verilməsi ilə bağlıdır.

Vaşinqton təcili humanitar yardım xaricində Moskvaya hər hansı yardım etməyəcəyini bəyan edib. Rusiya silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edilib. Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib. Bundan əlavə, ABŞ dövlətin maliyyə qurumlarının Moskvaya borc verməsini qadağan edib. Bu, Amerika İxracat-İdxal Bankına da aiddir.

***

saat 18:06

ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən sənəddə bildirilib.

Sənədin martın 18-dən qüvvəyə minəcəyi bildirilib.

Sənədə görə, Rusiya Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə eyni siyahıda yer alıb.

Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib.(Apa)

AzNews.az