Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar
  • Qərb
  • 8 Aprel 2021 18:58
  •  7 001

Macarıstan məktəblərin açılmasına hazırlaşır

Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar

Macarıstanda ibtidai və orta təhsil müəssisələrinin və gimnaziyaların müəllimlərinin vaksinasiyası davam edir.

AzNews.az xəbər verir ki, ölkə hökumətinin təsdiq etdiyi plana əsasən, təqribən 160 min məktəb müəllimi artıq bu istirahət günlərinə qədər koronavirusa qarşı ilk peyvəndi alacaqlar. Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar. Lakin ölkənin təhsil sahəsi işçilərinin Həmkarlar İttifaqları hesab edir ki, bu, onların iş yerlərini COVID-19-un yayılma ocaqlarına çevirə bilər və pandemiyanın növbəti, dördüncü dalğasına səbəb ola bilər.

Lokdaun günlərində müəllimlərin yükü bir neçə dəfə artıb. Buna baxmayaraq, macar müəllimlərinin təxminən üçdə ikisi uşaqların gələcək təliminin rəqəmsal formatda həyata keçirilməsinə ehtiyac duyur.