• Qərb
  • 18 Aprel 21:37
  •  1 563

Makron Rusiyanı hədələdi: "Sanksiyalar yetərli deyil"

"Buna son qoyulmalıdır"

"Rusiyaya qarşı qırmızı cizginin çəkilməsi vacibdir. Bu ölkəyə qarşı sanksiyalar yetərli deyil".

Bunu Fransa prezidenti Emmanuel Makron Amerikanın CBS kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyin təminatı üçün qırmızı xətt mütləq olmalıdır: "Mən nəticəsi olam dialoqun tərəfdarıyam, amma bunun üçün öncə güvən olmalıdır. 2013-cü ildə kimyəvi silahdan istifadə edən Bəşər Əsədə qarşı dünya seyrici qaldı. Bu, Putini gücləndirdi. Buna son qoyulmalıdır".

AzNews.az