“Edə biləcəyiniz ən pis şey Çinlə Rusiyanı bir araya gətirməkdir​“ “Edə biləcəyiniz ən pis şey Çinlə Rusiyanı bir araya gətirməkdir​“
  • Qərb
  • 20 Aprel 2021 12:35
  •  12 034

“Rusiyanı Çinin əlinə verməkdənsə...” - Tramp

“Edə biləcəyiniz ən pis şey Çinlə Rusiyanı bir araya gətirməkdir​“

“Rusiyanı Çinin əlinə verməkdənsə, Rusiya ilə anlaşa və iş görə bilməliyik”.

AzNews.az xəbər verir ki, bunu keçmiş ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

D.Tramp prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla yaxşı anlaşdığını və güclü liderlərlə anlaşmağın ABŞ üçün yaxşı olduğunu bildirib.

O, Bayden hökumətinin Rusiya siyasətini tənqid edib.

“Edə biləcəyimiz ən pis şey Çinlə Rusiyanı bir araya gətirməkdir. İndi bir aradadırlar”, - deyə eks-prezident qeyd edib.

Pərvanə