• Qərb
  • 3 May 18:15
  •  2 645

Britaniyada vaksin olunanların sayı 50 milyona çatıb

15 milyon nəfər insan koronavirus əleyhinə peyvəndin ikinci dozasını qəbul edib

Britaniyada koronavirusa qarşı peyvənd olunanların sayı 50 milyona çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib.

M. Hankok 50 milyonuncu insanın peyvənd olunmasının səhiyyənin böyük nailiyyəti olduğunu qeyd edib. O, peyvəndlərin həyat qurtardığını və normal yaşayışa qayıtmaq üçün çox vacib olduğunu bildirib. Nazir hamını peyvənd olunmağa çağırıb.

Xatırladaq ki, hazırda Britaniyada 15 milyon nəfər insan koronavirus əleyhinə peyvəndin ikinci dozasını qəbul edib./Apa/