- Qərb
- 5 May 2021 04:08
- 5 876
Tramp da sayt açdı
Saytda Trampın son bəyanatları da yer alıb
Əksər sosial şəbəkələrdə hesabları bloklanan keçmiş ABŞ prezidenti Donald Tramp tərəfdarları ilə ünsiyyət qurmaq veb-sayt hazırlatdırıb.
“Report”un məlumatına görə, sayt mühafizəkar siyasətçilərin auditoriya ilə vasitəçi olmadan ünsiyyət qurmasına kömək etmək üçün hazırlanmış “Campaign Nucleus” platformasında düzəldilib.
Saytda həmçinin, Trampın son bəyanatları yer alıb. İstifadəçilər buradakı yazıları sosial şəbəkələrindəki səhifələrində paylaşa bilərlər.