O, bu barədə MSNBC-yə açıqlamasınsa danışıb O, bu barədə MSNBC-yə açıqlamasınsa danışıb
  • Qərb
  • 15 İyun 2021 09:33
  •  6 448

ABŞ dövlət katibi Rusiyanı günahlandırdı

O, bu barədə MSNBC-yə açıqlamasınsa danışıb

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya ilə əlaqələrin “Moskvanın hərəkətlərinə görə” ən aşağı səviyyədə olduğunu deyib.

AzNews.az xəbər verir ki, o, bu barədə MSNBC-yə açıqlamasınsa danışıb.

“Bizim aspektdən Rusiyanın mütəmadi olaraq həyata keçirdiyi laqeyd və aqressiv hərəkətlərin əlaqələrimizin pozulmasının əsas səbəbi olduğu aydındır”, - Blinken vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşünün məqsədi Vaşinqtonun daha sabit və proqnozlaşdırılabilən əlaqələr qurmaq istəyidir:

“ABŞ belə əlaqələrə hazırdır. Biz belə əlaqələrə üstünlük veririk. Belə əlaqələr iki ölkə və bütün dünyanın xeyrinə olar. Amma əgər Rusiya öıkəmiz və müttəfiqlərimizə qarşı laqeyd və təcavüzkar hərəkətlərə davam etsə, cavabımız qətiyyətli olacaq”.