"Aİ-nin regionla bağlı həmrəylik və sadiqliyini sübut etməkdə qərarlıyıq", - deyə rumıniyalı nazir qeyd edib "Aİ-nin regionla bağlı həmrəylik və sadiqliyini sübut etməkdə qərarlıyıq", - deyə rumıniyalı nazir qeyd edib
  • Qərb
  • 24 İyun 2021 22:40
  •  5 724

Rumıniya, Avstriya və Litva XİN başçıları Azərbaycana gəlir - FOTO

"Aİ-nin regionla bağlı həmrəylik və sadiqliyini sübut etməkdə qərarlıyıq", - deyə rumıniyalı nazir qeyd edib

Rumıniya, Avstriya və Litva xarici işlər nazirləri Azərbaycana yola düşüb.

Aznews.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku "Twitter"də bildirib.

"Aİ-nin regionla bağlı müsbət gündəliyini möhkəmləndirmək, həmrəylik və sadiqliyini sübut etməkdə qərarlıyıq", - deyə rumıniyalı nazir qeyd edib.

Rumıniya XİN başçısı ilə yanaşı Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də regiona səfər edir. Onlar iyunun 25-26-da Azərbaycan, Ermənistan və Gürcüstanda yüksək səviyyəli görüşlər keçirəcək.

image description